Kürdəmirdəki ağır qəzanın – Anbaan görüntüləri


Xəbər verdiyimiz kimi, Kürdəmirdə 26 yaşlı Rüstəm İsmiyev ağır qəza törədib və dünyasını dəyişib.
Yeniavaz.com
xəbər verir ki, baş vermiş hadisənin görüntüləri yayılıb.
Görüntülərdən R. İsmiyevin yüksək sürətlə idarə etdiyi “BMW” markalı avtomobilin idarəetməsini itirdiyi və yol kənarında dayanmış digər avtomobilin arxa hissəsinə toxunaraq yoldan çıxdığı görünür.
Məlumata görə, avtomobilin sürəti saatda təxminən 130-140 kilometr olub.
Həmin kadrları təqdim edirik:

Qeyd edək ki, hadisə avqustun 30-u saat 09:20 radələrində baş verib. 26 yaşlı R.İsmiyev əvvəllər Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Ərəbqubalı kənd üzrə nümayəndəsinin müavini vəzifəsini tutub. Son olaraq Kürdəmir Peşə Liseyində çalışırmış. Onun atası Şahin İsmiyev isə uzun müddət DSMF-nin bu rayondakı şöbəsində müxtəlif vəzifələrdə çalışıb.

DİGƏR XƏBƏRLƏR

Top