
Ali Radanın keçmiş spikeri Andriy Parubinin qətlində şübhəli bilinən şəxs saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz “Telegram” kanalında məlumat verib.
Zelenski bildirib ki, Parubinin qətlində şübhəli bilinən şəxs Ukraynada saxlanılıb.
Dövlət başçısı bu barədə ölkənin daxili işlər naziri İqor Klimenko və Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyukun məlumat verdiklərini açıqlayıb.
Zelenski əlavə edib ki, hazırda istintaq hərəkətləri aparılır, lakin o, mövcud məlumatların ictimaiyyətə çatdırılmasını əmr edib.
Zelenski həmçinin şübhəli şəxsin ilk ifadəsini verdiyini bildirib.
Qeyd edək ki, avqustun 30-da Lvovda Ali Radanın keçmiş spikeri və Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş katibi Andriy Parubiy öldürülüb. Qatil siyasətçini küçədə gözləyib, ona bir neçə dəfə atəş açıb, sonra isə yoxa çıxıb. Parubiy həkimlər gələnə qədər dünyasını dəyişib.
Deputatın üzvü olduğu Avropa Həmrəyliyi partiyası onun qətlində Rusiyanı və onun “beşinci kolon”unu ittiham edib.
Tətbiqimizi yükləyə bilərsiniz