Ərdoğan Çində Paşinyanla görüşdü – Video


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.
Yeniavaz.com
xəbər verir ki, Paşinyan sözügedən görüşdən kadrları sosial şəbəkə hesablarında dərc edib.
“Anadolu” agentliyinin məlumatına görə, görüşdə Türkiyə-Ermənistan münasibətləri Cənubi Qafqazda davamlı sabitlik və sülhə doğru atılan addımlar fonunda müzakirələr aparılıb.
“Prezident Ərdoğan Ermənistan-Azərbaycan sülh prosesinin irəliləyişindən məmnunluğunu ifadə edib və Türkiyə-Ermənistan əməkdaşlığının artırılmasına yönəlmiş addımları təqdir etdiyini bildirib”, - agentliyin məlumatında deyilir.

DİGƏR XƏBƏRLƏR

Top