
Əfqanıstanda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 800-ə çatıb, 2500 nəfər yaralanıb.
Yeniavaz.com RTA telekanalına istinadla xəbər verir ki, bu barədə ölkə hökumətinin rəsmi nümayəndəsi Zəbihullah Mücahid mətbuat konfransında bildirib.
“Hazırda yerli hakimiyyət orqanları və əyalət sakinləri qurbanların xilas edilməsi ilə məşğuldur. Mərkəzdən və qonşu əyalətlərdən olan xilasetmə qrupları da zəlzələdən zərər çəkmiş ərazilərə yollanır”, - o, qeyd edib.
***09:46
Əfqanıstanın Kunar əyalətində baş verən zəlzələ nəticəsində 500-ə yaxın adam ölüb, minə yaxın insan yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən RTA telekanalı məlumat yayıb.
Bildirilib ki, dağıntılar altında xeyli sayda insan qalıb və qurbanların sayının artacağı istisna olunmur.
***09:06
Avqustun 31-də Əfqanıstanda 6,2 bal gücündə zəlzələ baş verib.
Yeniavaz.com xəbər verir ki, “NBC News”un hakimiyyət orqanlarına istinadən yaydığı məlumata görə, təbii fəlakət nəticəsində azı 250 nəfər ölüb, 500 nəfər yaralanıb.
“Zəlzələ ucqar dağlıq ərazidə baş verdiyi üçün insan tələfatı və infrastruktura dəyən ziyan haqqında dəqiq məlumat əldə etmək üçün vaxt lazımdır”, - deyə telekanal Əfqanıstan Səhiyyə Nazirliyinin sözçüsü Şərafət Zamandan sitat gətirib.
Bildirilir ki, Səhiyyə Nazirliyi xilasetmə əməliyyatına başlayıb və bu məqsədlə yüzə yaxın insan səfərbər edilib.
Tətbiqimizi yükləyə bilərsiniz