Qəzzada daha 10 nəfər aclıqdan öldü – Üçü uşaqdır


Qəzza zolağında son 24 saat ərzində üçü uşaq olmaqla azı 10 fələstinli aclıqdan ölüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi öz “Telegram” kanalında məlumat yayıb.
Bildirilib ki, son vaxtlar qida çatışmazlığından ölən qəzzalıların ümumi sayı 124-ü azyaşlı olmaqla 332-ə çatıb.
Qəzza rəsmilərinin yaydığı məlumata sonuncu məlumata görə, 3,5 həftə ərzində yalnız 2000-ə yaxın humanitar yardımla yük maşını zolağa daxil olub ki, bu da anklav əhalisinin ehtiyac duyduğu tədarük həcminin 15%-dən azdır. Məlumata görə, son 25 gün ərzində Qəzzaya humanitar yardım daşıyan ən azı 15 min avtomobil gəlib, ancaq zolağa yalnız 2187 yük maşını buraxılıb.

DİGƏR XƏBƏRLƏR

Top