Aİ İrana qarşı sanksiyaları yeniləyə bilər


Yaxın 30 gün ərzində Tehranın nüvə danışıqları uğursuzluqla nəticələnərsə və BMT Təhlükəsizlik Şurasının sanksiyaları bərpa olunarsa, Avropa İttifaqı İrana qarşı birtərəfli sanksiyaları yeniləyə bilər.
Yeniavaz.com
xəbər verir ki, bunu Kopenhagendə Aİ xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü başlamazdan əvvəl Fransanın Avropa və Xarici İşlər naziri Jan-Noel Barrot deyib.
O, Aİ3-ün (Böyük Britaniya, Fransa və Almaniya) BMT Təhlükəsizlik Şurasının 2015-ci il razılaşmaları əsasında Tehrana qarşı qaldırdığı sanksiyaları yeniləyəcək “snapback” mexanizminin işə salınması ilə bağlı son qərarını xatırladıb.
Qeyd edək ki, sözügedən sanksiyalar İslam Respublikasının maliyyə, bank, enerji və müdafiə sektorlarını əhatə edir. Aİ3 üzvləri oktyabrın 18-də başa çatacaq BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin (məhdudiyyətlərin aradan qaldırılmasını nəzərdə tutur) müddətinin uzadılması üçün İranın nüvə proqramı ilə bağlı danışıqları 30 gün davam etdirməyə hazır olduqlarını bəyan ediblər.

DİGƏR XƏBƏRLƏR

Top