
“Forbes” jurnalı dünyanın ən zəngin sənətçisinin adını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, onun Cey Zi (əsl adı Şon Karter) olduğu məlum olub.
Nəşr bildirir ki, Karterin sərvəti 2,6 milyard dollar qiymətləndirilib.
Beyonsenin yoldaşının sərvətinin artması ona siyahıda müğənni Teylor Svifti bir milyard dollardan çox ötməyə imkan verib.
Qeyd edilib ki, Cey Zi 2019-cu ildə hip-hopda ilk milyarder olduqdan sonra qazanclı içki biznesi sayəsində sərvətini iki dəfədən çox artırıb. 2021-ci ildə spirt nəhəngi LVMH Karterin "Armand de Brignac” şampan evinin 50% payını alıb.
Tətbiqimizi yükləyə bilərsiniz