Pakistan və Ermənistan diplomatik əlaqələrin qurulmasını nəzərdən keçirəcək


Pakistan və Ermənistanın XİN rəhbərləri telefonda danışıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri İshaq Dar özünün “X” hesabında məlumat dərc edib.
“Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyanla bu gün telefonla səmimi söhbət etdik və Pakistanla Ermənistan arasında diplomatik münasibətlərin qurulması məsələsini nəzərdən keçirmək barədə razılığa gəldik”, - Dar bildirib.

DİGƏR XƏBƏRLƏR

Top