
1993-cü ildə Füzuli rayonu, Qacar kəndi ərazisində gedən hərbi əməliyyatlar zamanı itkin düşmüş hesab olunan, lakin sonradan nəşi tapılan Əliyev Sumbat Nüdrət oğlunun nəşinin qalıqları bu gün Füzuli rayonunda ailəsinə təhvil verilib.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, şəhidlə vida mərasimi keçirilib.
Vida mərasimində rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, hərbi qulluqçular, rayon sakinləri və şəhidin doğmaları iştirak ediblər.
Daha sonra itkin düşmüş şəhid hərbçi Sumbat Əliyevin nəşinin qalıqları dəfn edilib.
Onun qalıqları Füzuli rayonunun Aşağı Kürdmahmudlu kənd qəbiristanlığında torpağa tapşırılıb.


Tətbiqimizi yükləyə bilərsiniz