
Bu gün səhər saatlarında 4 yaşlı Həbibova Mələk Nicat qızı Şəki “ASAN Xidmət” mərkəzinin ikinci mərtəbəsindən yıxılıb.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, azyaşlı dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Bildirilir ki, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Tətbiqimizi yükləyə bilərsiniz