
Bu ilin əvvəlinə olan sonuncu məlumata görə, Azərbaycanda 14-29 yaşlarında olan gənclərin sayı 2 milyon 300,8 nəfər olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, gənclərin 52,4%-ni (1 milyon 206,1 min) oğlanlar, 47,6%-ni isə (1 milyon 94,7 min) qızlar təşkil edib.
Qeyd edək ki, Azərbaycanın heç bir şəhər və rayonunda qızların sayı oğlanların sayından çox olmayıb. Yalnız 3 şəhər və rayonda – Naftalanda, Xankəndidə və Hacıqabulda qızların və oğlanların sayı bərabər olub. Digər şəhər və rayonlarda isə oğlanların sayı qızlardan çox olub.
Murad Məmmədov