
Türkiyə Superliqasının nəhənglərindən “Fənərbağça” portuqaliyalı baş məşqçi Joze Mourinyo ilə yollarını ayırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat dərc olunub.
“2024-2025 mövsümündən klubumuza rəhbərlik edən Joze Mourinyo ilə yollarımızı ayırdıq. Ona komandamız üçün göstərdiyi səylərə görə təşəkkür edir və gələcək karyerasında uğurlar arzulayırıq”, - məlumatda deyilir.
Qeyd edək ki, son vaxtlar azarkeşlər klubun uğursuz nəticələrinə görə portuqaliyalı baş məşqçini tənqid edirdilər.
Tətbiqimizi yükləyə bilərsiniz