“Zəngəzur dəhlizi məsələsi bizimlə razılaşdırılaraq həll olundu” – Fidan


Zəngəzur dəhlizinin elan olunması Azərbaycan tərəfinin əsas tələblərinin fundamental şəkildə tanınması deməkdir.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan TGRT telekanalına müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, Ermənistanla Azərbaycan arasında imzalanan sazişlər regionda sülh üçün ümidverici mənzərə yaradıb.
“Hadisələrin ilk günündən, amerikalılar gəlib azərbaycanlı qardaşlarımızla danışmağa başladığı andan bu məsələ bizimlə razılaşdırılaraq həll olundu”, – deyə Fidan vurğulayıb.
Türkiyəli diplomat əlavə edib ki, Zəngəzur dəhlizinin konkret formatı hələ müəyyənləşdirilməyib və bu məsələ danışıqlar prosesində tərəflərin öz aralarında müzakirə edəcəyi konsepsiya kimi qəbul edilir.

DİGƏR XƏBƏRLƏR

Top