Zelenski Ərdoğanla danışdı


Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna prezidenti məlumat yayıb.
“Ukraynaya və xalqımıza göstərdiyiniz dəstəyə, həqiqi sülhün əldə olunmasına kömək etməyə daim hazır olduğunuza görə təşəkkür edirəm. Biz Türkiyə tərəfindən göstərilən bütün yardımları yüksək qiymətləndiririk”, - Zelenski yazıb. 
Ölkə başçısı bildirib ki, mövcud vəziyyətlə bağlı Türkiyə prezidenti ilə fikir mübadiləsi aparıb və növbəti diplomatik addımları müzakirə edib:
“Ukrayna liderlər formatı ilə məşğul olmağa hazırdır, çünki bu, yeganə effektiv formatdır. Təəssüf ki, bundan yayınan və müharibəsini davam etdirən Rusiyadır.
Ötən gecə ruslar növbəti dəfə Ukraynanı vuraraq 30-dan çox raket və 600-ə yaxın pilotsuz uçan aparat atıblar. Bu hücum nəticəsində dördü uşaq olmaqla 17 nəfər həlak olub. Daha onlarla insanın vəziyyəti ağırdır və həkimlər indi həyatları üçün mübarizə aparırlar. Türkiyə müəssisəsi, Azərbaycan səfirliyi, Aİ nümayəndəliyi, “British Council” və yaşayış məntəqələrinə zərbələr olub. Bu, Putinin Ukrayna, ABŞ və Avropalı tərəfdaşlarımızın qətlləri dayandırmaq üçün göstərdiyi bütün səylərə cavabıdır. Ona görə də təzyiq lazımdır – sanksiyalar, tariflər və siyasi tədbirlər vasitəsilə. Biz güclü addımlara ümid edirik”.

DİGƏR XƏBƏRLƏR

Top