Rusiyanın Kiyevə hücumu zamanı səfirliyimizə də ziyan dəyib


“Avqustun 28-i, gecə saat 3 radələrində Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları baş verib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə APA-nın sorğusuna cavab olaraq bildirib.
O qeyd edib ki, raketlərdən biri ölkəmizin Ukraynadakı səfirliyinin binasının yaxınlığında partlaması nəticəsində yaranan zərbədən binaya zərər dəyib:
“Bəzi pəncərələr qırılıb, konsulluq bölməsinin damında çatlar əmələ gəlib. Səfirliyin əməkdaşları arasında xəsarət alan olmayıb. Səfirliyimiz fəaliyyətini davam etdirir”.
Xatırladaq ki, Rusiyanın şəhərə hücumu nəticəsində 3-ü azyaşlı olmaqla 14 nəfər ölüb, 38 nəfər yaralanıb. 

DİGƏR XƏBƏRLƏR

Top