Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxa bilər


“Bilirsiniz, Ermənistanın Aİ-yə üzv olmaq prosesinə başlamaq haqqında qanunun qəbulundan sonra mən bəyan etdim ki, Avropa İttifaqına və Avrasiya İqtisadi İttifaqına eyni vaxtda üzvlük mümkün deyil”.
Yeniavaz.com
xəbər verir ki, bunu hökumət iclasından sonra jurnalistlərlə söhbəti zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O, Ermənistanın Aİİ-dən mümkün çıxışı ilə bağlı sualı belə cavablandırıb:
“Əgər elə bir məqama gəlib çatsaq ki, seçim qəti və qaçılmaz olacaq, biz müvafiq qərar qəbul edəcəyik.
Əgər biz bunu rəsmi səviyyədə bəyan ediriksə, deməli çıxmaq mümkündür. Hər bir ssenari mümkündür, bu həm də xalqımızın ifadə etdiyi iradə, cari vəziyyətlər, danışıqlar prosesi, şərait və imkanların, alternativlərin təhlili, nəticələr və perspektivlərlə bağlıdır”, – deyə Paşinyan vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top