
Bu ilin ilk 7 ayı ərzində ölkədə fəaliyyət göstərən 16 sığorta şirkəti tərəfindən ümumilikdə 937,6 milyon manat məbləğində sığorta haqqı yığılıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, yığılan sığorta haqqının 70%-ni “Paşa Həyat Sığorta” və “Paşa Sığorta” şirkətləri toplayıb. “Paşa Həyat Sığorta” və “Paşa Sığorta” şirkətlərinin topladığı sığorta haqqı 657,2 milyon manat olub.
Sığorta bazarında növbəti ən böyük pay sahibi “Atəşgah Həyat” sığorta şirkəti olub. Bu şirkət 7 ay ərzində 65,4 milyon manat sığorta haqqı toplayıb və sığorta bazarının 7%-ni əlində cəmləyib.
Növbəti yerlərdə “Atəşgah” və “Qala Sığorta” şirkətləri qərarlaşıb. “Atəşgah” bu ilin ilk 7 ayında 37,1 milyon manatlıq, “Qala Sığorta” isə 53,7 milyon manatlıq yığıma nail olub. Bu şirkətlərin yığdığı sığorta haqları ümumi yığımın 9,7%-ni təşkil edib.
Növbəti sırada 18,9 milyon manatlıq yığımla “Azərbaycan Sənaye Sığorta” ASC olub.
2025-ci ilin yanvar-iyul aylarında sığorta şirkətləri tərəfindən yığılan sığorta haqları belə olub:
PAŞA Həyat – 433,9 milyon manat;
PAŞA Sığorta – 223,3 milyon manat;
Atəşgah Həyat – 65,4 milyon manat;
Atəşgah – 37,1 milyon manat;
Qala Sığorta – 53,7 milyon manat;
Azərbaycan Sənaye Sığorta – 18,9 milyon manat;
Meqa Sığorta – 18,8 milyon manat;
Xalq Sığorta – 16,3 milyon manat;
Qala Həyat – 16,3 milyon manat;
A-Qroup Sığorta – 10 milyon manat;
Meqa Həyat Sığorta – 9,4 milyon manat;
Aqrar Sığorta – 13,5 milyon manat;
Xalq Həyat – 6,2 milyon manat;
AtaSığorta – 5,7 milyon manat;
AzSığorta – 5,2 milyon manat;
İpək Yolu Sığorta – 3,8 milyon manat.
Elnur Əli