“Sülh bərqərar olub, amma bəzi məsələlər qalır” – Paşinyan


“Azərbaycanın prezidenti, mənim tanış olduğum qədər, öz müsahibəsində Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında sülhün bərqərar olunmasını qeyd edib”.
Yeniavaz.com
xəbər verir ki, bunu hökumət iclasından sonra jurnalistlərlə qısa söhbəti zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Biz sülhün bərqərar olunmasını qeyd etdikdə, bununla tərəflərin artıq bir-biri ilə heç bir məsələsinin qalmadığını demirik. Belə bir şey ümumiyyətlə olmur, hətta heç vaxt münaqişə və ya problem yaşamadığımız, dostluq münasibətlərimiz olan ölkələrlə də müəyyən məsələlər olur. Dövlətlərarası münasibətlərin qurulması və inkişafı dinamik prosesdir və tərəflərin həm razılaşmaları, həm də anlaşmazlıqları olur ki, bu da ümumi mənzərəyə təsir göstərmir”, - Paşinyan bildirib.
O qeyd edib ki, sülh qayğıya ehtiyac duyur və bu qayğı daim olmalıdır:
“Qeyd olunan odur ki, bəli, sülh bərqərar olunub və mən müraciətimdə də demişdim ki, möhkəmlənmiş sülh getdikcə daha çox institusional xarakter daşımalıdır. Mən bununla nəzərdə tuturam ki, dediklərimdən sonra heç nə dəyişməyib və ehtimal edirəm ki, heç nə də dəyişməyəcək”.

DİGƏR XƏBƏRLƏR

Top