
Azərbaycanın Venesueladakı səfiri Ruslan Rzayev etimadnaməsini ölkə Prezidenti Nikolas Maduroya təqdim edib.
Yeniavaz.com xəbər verir ki, söhbət zamanı səfir R.Rzayev Prezident İlham Əliyevin salamlarını ona çatdırıb.
Dövlət başçısının salamlarına görə minnətdarlığını bildirən Maduro öz növbəsində onun da salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.
N.Maduro Azərbaycana həyata keçirdiyi səfərləri məmnunluqla xatırlayaraq, səmimi qonaqpərvərliyə görə dövlət başçısına bir daha təşəkkürünü bildirib.
Görüşdə, həmçinin ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə hər iki ölkənin Qoşulmama Hərəkatına sədrliyi dövründəki uğurlu əməkdaşlığın davam etdirilməsi, eyni zamanda, iqtisadi, ticari, enerji, turizm və digər sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

