ABŞ-də valideynlər oğullarının ölümündə “ChatGPT”ni günahlandırırlar


ABŞ-də 16 yaşlı Adam Reynin valideynləri “ChatGPT”nin oğlunun intiharına kömək etdiyini iddia edərək “OpenAI” və onun qurucusu Sam Altmana qarşı məhkəməyə müraciət ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Associated Press” San-Fransisko məhkəməsində verilən iddianın mətninə istinadən məlumat yayıb.
Valideynlər bildirib ki, oğulları keçən il məktəbdə çətin tapşırıqları yerinə yetirmək üçün “ChatGPT”dən istifadə etməyə başlayıb, lakin zaman keçdikcə çatbot onun ən yaxın sirdaşı oldu. Onlar hesab edirlər ki, süni intellekt onun ailəsi və yaxınları ilə ünsiyyətini məhdudlaşdırmağa çalışırdı.
Ölən yeniyetmənin valideynlərinin dediyinə görə, “ChatGPT” Adamın ifadə etdiyi hər şeyi, o cümlədən özünü məhv edən düşüncələrini onun üçün dərin şəxsi olan şəkildə daim həvəsləndirir və təsdiqləyirdi. 
Əlavə ediblər ki, oğullarının “OpenAI” tətbiqindəki dialoqları getdikcə daha da “qaraldı”:
“Adamın intihara cəhdi ilə bağlı açıqlamasına və bir gün bunu edəcəyini söyləməsinə baxmayaraq, “ChatGPT” sessiyanı bitirmədi və ya hər hansı fövqəladə protokola başlamadı”.
İddiaya görə, “ChatGPT” özü Reynə intihar məktubunun ilk layihəsini yazmağı təklif edib. Həmçinin onun intiharından bir neçə saat əvvəl çatbot istifadəçiyə onun intihar üsulu ilə bağlı ətraflı məlumat verib.

DİGƏR XƏBƏRLƏR

Top