Sebalyosun transferi baş tutmaya bilər


“Real Madrid”in yarımmüdafiəçisi Daniel Sebalyosun bu yay “Marsel”ə keçməsi ehtimalı azdır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, əvvəllər futbolçunun Fransa komandasına transferi ilə bağlı danışıqlar yüksək mərhələyə keçsə də, o vaxtdan sonra heç bir konkret addım atılmayıb. Qeyd olunur ki, klub “Real Madrid”in və futbolçunun özünün yekun qərarını gözləmək niyyətində deyil, əvəzində heyəti gücləndirmək üçün alternativ variantları araşdıracaq.
Qeyd edək ki, ötən mövsüm 28 yaşlı ispaniyalı “Real”ın heyətində 44 dəfə meydana çıxıb və bir məhsuldar ötürmə edib.
 

DİGƏR XƏBƏRLƏR

Top