
Minneapolisdə katolik məktəbdə atışma olub.
Yeniavaz.com KİV-ə istinadən xəbər verir ki, üç nəfər ölüb (atıcı da daxil olmaqla), 20 nəfər yaralanıb.
Bildirilib ki, atışma şagirdlərin iştirak etdiyi səhər ibadətinin başlamasından yarım saat sonra yerli vaxtla səhər saat 8:45-də baş verib.
İlkin məlumata görə, atəş açan şəxs təkbaşına hərəkət edib. Onunla bağlı hər hansı digər məlumat bəlli deyil.
Hücum edən şəxsin özünü güllələdiyi qeyd edilir. Səlahiyyətlilər hələlik sakinlər üçün artıq heç bir təhlükənin olmadığını rəsmi şəkildə bəyan ediblər.
Tətbiqimizi yükləyə bilərsiniz