
ABŞ-də Konqresə seçkilərdə (Nümayəndələr Palatası) namizəd Valentina Qomez müsəlmanların müqəddəs kitabı Quranı yandırıb.
Yeniavaz.com xəbər verir ki, o, həmin anların görüntülərini sosial şəbəkələrdə paylaşıb.
V. Qomez həmin kadrlarda müsəlmanlara və İslama qarşı təhqiramiz ifadələrdən istifadə edib.
“Amerika xristianların ölkəsidir. Həmin terrorçu müsəlmanlar 57 müsəlman ölkəsindən istənilən birinə gedə bilər”, - deyə o kadrlarda bildirir.
V. Qomez görüntüləri “Texasda İslamı məhv edəcəyəm, seçkilərdə qalib gəlməyimə kömək edin” sözləri ilə paylaşıb.
Onun bu addımı sosial şəbəkə istifadəçiləri tərəfindən müzakirələrə və tənqidlərə səbəb olub.
Tətbiqimizi yükləyə bilərsiniz