
“Real Madrid” “Bavariya”nın fransalı müdafiəçisi Dayot Upamekanonu gələn yay pulsuz transfer etmək istəyir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Bildirilir ki, 26 yaşlı futbolçunun alman klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayına kimi nəzərdə tutulub.
“Bavariya” əməkdaşlığı uzatmaq istəyir, lakin danışıqlar hələ ki, nəticə verməyib. Futbolçu illik 16 milyon avro alsa da, maaşının artırılmasını tələb edir”, - nəşr yazır.
Son Almaniya çempionatında Upamekano 20 matçda iştirak edib və 2 qol vurub. “Transfermarkt” portalı onun bazar dəyərini 50 milyon avro qiymətləndirir.