ABŞ Hindistandan idxal edilən məhsulların rüsumunu ikiqat artırdı


Bu gündən (27 avqust) etibarən Hindistandan ABŞ-yə idxal edilən mallara 50%-lik rüsumlar qüvvəyə minəcək.
Yeniavaz.com
xəbər verir ki, Vaşinqton bu barədə rəsmi Dehlini xəbərdar edib.
Xatırladaq ki, ABŞ-nin bu qərarına səbəb Hindistanın Rusiya neftinin alışını azaltmaqdan imtina etməsidir. Bu vaxta qədər sözügedən rüsumlar 25% təşkil edirdi.
Qeyd edək ki, ABŞ Hindistanın ən böyük ticarət tərəfdaşıdır. Keçən il bu ölkənin ABŞ ilə ticarət profisiti təxminən 46 milyard dollar təşkil edib. ABŞ-nin idxala tətbiq etdiyi tariflərin Hindistanın avtomobil, kimya, qida, zərgərlik və tekstil sektorlarına ciddi ziyan vuracağı ehtimal edilir.
Hindistan hökuməti tariflərdən əziyyət çəkən kiçik müəssisələrə güzəştli kreditlər vəd edib və Hindistan malları üçün yeni bazarlar açacağını bildirib.
“Bloomberg”in məlumatına görə , Hindistan neft emalı zavodları yaxın həftələrdə Rusiyadan neft idxalını bir qədər azaltmağı planlaşdırırlar.

DİGƏR XƏBƏRLƏR

Top