Bu şəxslər sosial ödənişlərini ala bilməyəcəklər


Şəxsiyyət vəsiqəsinin istifadə müddəti bitən vətəndaşlar sosial ödənişlərini ala bilmədiklərini deyirlər.
Yeniavaz.com
xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat katibi Rəşad Mehdili məsələ ilə bağlı məlumat yayıb.
O bildirib ki, Fondun sosial ödənişləri vətəndaşlara münasibətdə şəxsiyyət vəsiqəsi məlumatlarına bağlıdır:
“Qüvvədə olan şəxsiyyət vəsiqəsi olmasa, ödənişlərin sistem üzərindən həyata keçirilməsi mümkün deyil. Buna görə də şəxsiyyət vəsiqəsi hər hansı səbəbdən qüvvədən düşmüş vətəndaşlar məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edib, yeni qüvvədə olan şəxsiyyət vəsiqəsi almalıdır ki, sosial ödənişlərinin davam etdirilməsi mümkün olsun”.

DİGƏR XƏBƏRLƏR

Top