
Qazaxıstanın “Kayrat” klubu tarixində ilk dəfə Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanıb.
Yeniavaz.com xəbər verir ki, klub bu uğura pley-off mərhələsində Şotlandiyanın “Seltik” klubunu penaltilər seriyasında məğlub edərək nail olub.
İlk oyundan (0:0) sonra cavab görüşü də, qolsuz heç-heçə ilə başa çatıb və penaltilər seriyasında Qazaxıstan komandası 3:2 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, avqustun 28-də Çempionlar Liqasının liqa mərhələsinin püşkatma mərasimi keçiriləcək.