
Yaşı 22-dən az olan kişi cinsindən Ukrayna vətəndaşları hərbi vəziyyətə baxmayaraq, ölkəni sərbəst tərk edə biləcəklər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Yuliya Svırıdenko məlumat yayıb.
Svırıdenkonun sözlərinə görə, artıq xaricdə olan ukraynalılar da sərhədi istənilən istiqamətdə sərbəst keçə biləcəklər.
Baş nazir yeni qaydaların rəsmi nəşrdən bir gün sonra qüvvəyə minəcəyini əlavə edib.
Xatırladaq ki, Ukraynada hərbi vəziyyət genişmiqyaslı müharibənin ilk günündən qüvvədədir. Bununla əlaqədar olaraq, 60 yaşına çatmamış yetkin kişilərin nadir istisnalarla ölkədən çıxışı qadağan edilib.