Rusiya “Formula 1”i məhkəməyə verdi


“Rosqonki” şirkəti London Ali Məhkəməsində “Formula 1”ə qarşı iddia qaldırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sport Baza” teleqram kanalı məlumat yayıb.
Məhkəməyə iddia 2022-ci ildə Ukraynada müharibə başlayandan sonra “Formula 1” rəhbərliyinin Rusiya Qran Prisinin keçirilməsi ilə bağlı müqaviləyə xitam verməsi və yarışı ölkədə keçirməkdən imtina etməsi ilə bağlıdır. O zaman həmçinin 2023-cü ilə planlaşdırılan yarış da ləğv edilib.
“Formula 1”in baş direktoru Stefano Domenikali daha sonra yarışların Rusiyada keçirilməyəcəyini açıqlayıb.
Təşkilatçılar yarışların 2022 və 2023-cü illərdə (Soçi və Sankt-Peterburqdakı stadionlarda) keçirilməsi üçün 50 milyon funt sterlinq ödəyiblər və indi bu məbləğin faizlə - ümumilikdə 5,4 milyard rubl qaytarılmasını tələb edirlər. “Rosqonki”nin baş direktoru Aleksey Titov bildirib ki, “Formula 1” ilkin olaraq bütün vəsaiti qaytarmağa hazır idi, lakin sanksiyalara görə ödənişlər dondurulub:
“Pulu geri qaytarmağa şad olacaqlarını deyirlər, amma hamımız sanksiyalar altındayıq, transferlər bağlanıb, ona görə də gözləməli olacaqsınız. Beynəlxalq tədbirlərlə bağlı dəqiq planımız var idi, lakin sonra Qərbdəki həmkarlarımız idmanın siyasətin bir hissəsi olduğuna qərar verdilər”.

DİGƏR XƏBƏRLƏR

Top