Merts İsrailin Qəzzadakı hərəkətlərini qəbuledilməz adlandırdı


Almaniya kansleri Fridrix Merts İsrailin Qəzza zolağındakı hərəkətlərini və yəhudi dövlətinin İordan çayının qərb sahilində məskunlaşma siyasətini tənqid edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, Berlində Belçikanın Baş naziri Bart De Veverlə birgə mətbuat konfransında danışıb.
“İsrail hökumətinin Qəzza zolağında etdikləri və İsrail ordusunun orada İsrail hökumətinin istəklərini yerinə yetirməsi qəbuledilməzdir”, - Merts deyib.
Kansler qeyd edib ki, o, İsraili anklavda istifadə oluna biləcək silahlarla təmin etməmək qərarını getdikcə daha çox təsdiqləyir.
Mertsın fikrincə, Almaniyanın Fələstin dövlətçiliyinin tanınması şərtləri hələ də yerinə yetirilməyib, lakin İsrail hökuməti bir gün Fələstin dövlətinin yaranmasına imkan verməyəcək addımlar atmamalıdır.
O vurğulayıb ki, İsrailin məskunlaşma layihələri qeyri-qanunidir və açıq-aydın Fələstin dövlətinin gələcəkdə yaranmasını qeyri-mümkün etmək məqsədi daşıyır:
“Bu, Almaniya hökumətinin mövqeyinə ziddir”.

DİGƏR XƏBƏRLƏR

Top