
İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sabiq sədri Əkrəm İmamoğlunun vəkili olan Nusret Yılmaz saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, səhər saatlarında Trabzonda polis tərəfindən saxlanılan Nusret Yılmaz İBB-də davam edən korrupsiya istintaqı çərçivəsində “rüşvət almada vasitəçilik” maddəsi ilə ittiham olunub.
Qeyd edilib ki, saxlanıldıqdan sonra Yılmaz İstanbula göndərilib.
Səlahiyyətlilər hələlik istintaqın təfərrüatları ilə bağlı rəsmi açıqlama verməyiblər.
Xatırladaq ki, martın 18-də İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun diplomu ləğv olunub. Bundan bir gün sonra isə o saxlanılıb. Martın 23-də məhkəmə korrupsiya ittihamını əsas gətirərək İmamoğlu barəsində həbs qətimkan tədbiri seçib. Daha sonra o, İstanbulun bələdiyyə sədrliyindən uzaqlaşdırılıb.