Sərhəddən narkotik keçirilməsinin qarşısı alındı


Avqust ayının 22-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.
Bildirilib ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 6 kiloqram 95 qram olan marixuana, 150 ədəd “Gelopain-400”, 60 ədəd “Portal 0.4” və 60 ədəd “Sigomet” həbləri aşkar olunaraq götürülüb:
“Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir”.

DİGƏR XƏBƏRLƏR

Top