
ABŞ-nin “Southwest Airlines” aviaşirkəti yanvarın 27-dən etibarən oturacaqlara yerləşməyən sərnişinlərdən ikinci oturacağın pulunu da alacaq.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, hazırkı qaydalara əsasən, artıq çəkisi olan sərnişinlər əvvəlcədən əlavə oturacaq alsalar da, təyyarə tam dolmadığı halda ödədikləri vəsaiti geri qaytara bilirdilər.
Yeni qərarla isə, artıq belə hallara imkan verilməyəcək.
Şirkət bəyan edib ki, indi ödənilən vəsaitləri yalnız uçuş tam bron edilmədikdə və uçuşdan sonra doxsan gün ərzində sorğu verildikdə geri almaq mümkün olacaq.
Yeni siyasətə əsasən, əlavə oturacaqları əvvəlcədən almayan sərnişinlərdən hava limanında əlavə bilet almaları tələb olunacaq. Uçuş dolu olarsa, sərnişin başqa reysə köçürüləcək.