
Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində açılan atəş nəticəsində hərbçi yaralanıb.
Yeniavaz.com “News.am”a istinadla xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polisinə məlumat daxil olub.
Bildirilir ki, yaralı İrəvandakı “Muratsan” hərbi hospitalına aparılıb və onun həyatına təhlükə yoxdur.
Ermənistan İstintaq Komitəsindən bildirilib ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 527-ci maddəsinin 1-ci hissəsi (sağlamlığa qəsdən zərər vurmaq və ya digər yollarla hərbi xidmətdən yaxud onun ayrı-ayrı vəzifələrinin icrasından yayınma) üzrə cinayət işi başladılıb.