“Çin və Rusiya bir-birlərinin təhlükəsizlik maraqlarını qorumalıdır”


“Çin və Rusiya strateji qarşılıqlı etimadı dərinləşdirməli və iki ölkənin təhlükəsizlik sahəsində maraqlarını qorumalıdır”.
Yeniavaz.com
“Sinxua” agentliyinə istinadla xəbər verir ki , bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşündə Çin Xalq Respublikasının sədri Si Cinpin deyib.
“Tərəflər ənənəvi dostluğu davam etdirməli, strateji qarşılıqlı etimadı dərinləşdirməli, müxtəlif sahələrdə mübadilə və əməkdaşlığı möhkəmləndirməli, iki ölkənin təhlükəsizlik və inkişaf maraqlarını birgə qorumalı, Qlobal Cənub ölkələrini birləşdirməli, həqiqi çoxtərəfliliyə riayət etməli və beynəlxalq nizamın daha ədalətli və rasional istiqamətdə inkişafına töhfə verməlidirlər”, - deyə Çin lideri bildirib.

DİGƏR XƏBƏRLƏR

Top