Almeyda baş məşqçi oldu


Türkiyənin “Hatayspor” klubu baş məşqçi Murat Şahinlə yollarını ayırıb.
Yeniavaz.com
xəbər verir ki, klub 2014-15 mövsümündə “Beşiktaş”da çıxış edən portuqaliyalı sabiq hücumçu Uqo Almeyda ilə müqavilə imzalayıb.
“Komandamıza Uqo Migel Perea de Almeyda baş məşqçi təyin olunub. Məşqçimizi salamlayırıq və ona yeni vəzifəsində uğurlar arzulayırıq”, - klubun paylaşımında deyilir. 
Qeyd edək ki, Almeyda futbolçu karyerası ərzində “Beşiktaş”ın heyətində 110 oyun keçirib, 49 qol vurub, 17 məhsuldar ötürmə edib.

DİGƏR XƏBƏRLƏR

Top