
Polşa işsiz ukraynalı qaçqınlara müavinət ödəməyi və pulsuz tibbi xidmət göstərməyi dayandıracaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkə prezidenti Karol Navrotski brifinqdə deyib.
Onun sözlərinə görə, göstərilən sosial dəstək ukraynalıları polyaklara münasibətdə imtiyazlı vəziyyətə salır. Prezident izah edib ki, vetoya görə Varşava həmçinin artıq Ukrayna üçün “Starlink” peyk interneti üçün ödəniş edə bilməyəcək:
“Biz bundan sonra da ukraynalı qaçqınlara yardım etməyə və onları qəbul etməyə açıq xalq olaraq qalacağıq. Bu da dəyişməyəcək. Eyni zamanda, son 3,5 ildə vəziyyət əsaslı şəkildə dəyişib. Qanunvericiliyə düzəlişlər edilməlidir. Bütün siyasi qruplar bəyan edirlər ki, 800+ zlotı yalnız işləyən vətəndaşların haqqıdır. İş masamın üzərinə düşən qanun bu tələbi yerinə yetirmir və mən fikrimi dəyişmirəm”.
Qeyd edək ki, Ukraynada müharibə başlayandan bəri bir neçə milyon ukraynalı qaçqın Polşaya üz tutub.