4-ü jurnalist olmaqla 20 nəfər öldü – İsrail Qəzzada xəstəxananı vurdu


İsrailin Qəzzanın cənubundakı xəstəxanaya endirdiyi iki zərbə nəticəsində müxtəlif beynəlxalq media təşkilatlarında çalışan dörd jurnalist də daxil olmaqla azı iyirmi fələstinli həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İsrail Xan Yunis şəhərindəki Nasser Xəstəxanasına bir neçə dəqiqə ərzində iki zərbə endirib.
“Nasser Xəstəxanasından verilən məlumata görə, hücumdan sonra hadisə yerinə gələn jurnalistlər, səhiyyə işçiləri və təcili yardım qrupları həlak olub. Bombalardan biri jurnalistlərin olduğu eyvana düşüb. Ölən jurnalistlər “Reuters”, “Associated Press” və “Əl-Cəzirə” ilə işləyirdilər”, - məlumatda deyilir.
Qeyd edək ki, Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) məlumatına görə, 22 aydır davam edən müharibə zamanı Qəzzada ən azı 192 jurnalist öldürülüb. Müqayisə üçün, CPJ Rusiyanın Ukraynadakı müharibəsində indiyədək 18 jurnalistin öldürüldüyünü bildirir.

DİGƏR XƏBƏRLƏR

Top