
Albaniyalı yarımmüdafiəçi Kristian Aslani İtaliya ikincisi “İnter”dən “Torino”ya keçib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb.
Tərəflər 1,5 milyon avro icarə haqqı ilə bir illik kredit müqaviləsi imzalayıb.
“Torino" gələn yay Aslaninin transfer hüququnu 12 milyon avroya almaq opsiyasına malik olacaq.
Qeyd edək ki, ötən mövsüm Aslani 39 matçda iştirak edib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun “İnter”lə müqaviləsi 2028-ci ilin iyununa qədərdir.