
Qəzza zolağında son 24 saat ərzində ikisi uşaq olmaqla azı 11 fələstinli aclıqdan ölüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi öz “Telegram” kanalında məlumat yayıb.
Bildirilib ki, son vaxtlar qida çatışmazlığından ölən qəzzalıların ümumi sayı 117-si azyaşlı olmaqla 300-ə çatıb.
Avqustun 21-də Qəzza rəsmilərinin yaydığı məlumata görə, 3,5 həftə ərzində yalnız 2000-ə yaxın humanitar yardımla yük maşını zolağa daxil olub ki, bu da anklav əhalisinin ehtiyac duyduğu tədarük həcminin 15%-dən azdır. Məlumata görə, son 25 gün ərzində Qəzzaya humanitar yardım daşıyan ən azı 15 min avtomobil gəlib, ancaq zolağa yalnız 2187 yük maşını buraxılıb.
Tətbiqimizi yükləyə bilərsiniz