
Naxçıvan–Bakı–Naxçıvan istiqamətində gündəlik avtobus reyslərinin sayı artırılaraq 4-dən 5-ə çatdırılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi məlumat yayıb.
Bildirilib ki, bu addım vətəndaşların rahat və vaxtında daşınması, həmçinin artan tələbatın qarşılanması məqsədi daşıyır.
Tətbiqimizi yükləyə bilərsiniz