“Coca-Cola” “Costa Coffee”ni satmağı nəzərdən keçirir – FT


“Coca-Cola” Britaniyanın ən böyük qəhvəxanalar şəbəkəsi olan “Costa Coffee”ni satmaq imkanını araşdırır.
Yeniavaz.com
xəbər erir ki, bu barədə “The Financial Times” (FT) məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, bu qərara səbəb qəhvə dənələrinin qiymətlərində artım və bazar payına təsir edən güclü rəqabət olub. “Coca-Cola” məsələyə rəsmi münasibət bildirməyib.
Qeyd edək ki, şirkət 2018-ci ildə “Costa Coffee”ni 3,9 milyard funt-sterlinqə alıb. O vaxt “Coca-Cola” biznesini şaxələndirməyi və qəhvə sənayesində mövqeyini gücləndirməyi hədəfləyirdi.
Lakin 2025-ci ilin iyulunda “Coca-Cola”nın baş direktoru Ceyms Quincey etiraf edib ki, “Costa Coffee” şirkətin gözləntilərini tam doğrultmayıb. Onun sözlərinə görə, bu investisiya “Coca-Cola”ya dərs olub və şirkət qəhvə bazarında inkişafın yeni yollarını axtarır.
FT yazır ki, “Costa Coffee” hələ də Böyük Britaniyanın ən böyük qəhvə zənciri olaraq qalır, amma son illərdə alternativ təkliflər təqdim edən yeni qəhvə mağazalarının rəqabəti, eləcə də inflyasiya və yaşayış xərclərinin artması şirkətin fəaliyyətini çətinləşdirib.
Xatırladaq ki, “Coca-Cola” 2025-ci ilin aprelində ABŞ, Kanada və Meksikada satışlarının birinci rübdə 3% azaldığını açıqlayıb. Şirkət bunu “zəif tələb”lə izah etsə də, media boykot xəbərləri ilə bağlı iddialara diqqət çəkib. “Coca-Cola” isə yayılan məlumatları təkzib edib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top