“Sədərək”də ötən gün başlayan yanğın hələ də davam edir?


Xəbər verdiyimiz kimi, ötən gün səhər saatlarında “Sədərək” ticarət mərkəzində yanğın başlayıb.
Yeniavaz.com
xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) bu barədə sonuncu məlumatı ötən gün – avqustun 24-ü saat 15:33-də yayıb.
Sözügedən məlumatda yanğınla mübarizə tədbirlərinin davam etdirildiyi bildirilir.
Nazirlik həmin vaxtdan sonra yanğının məhdudlaşıdırlmasına və ya söndürülməsinə dair məlumat yaymayıb.
Qeyd edək ki, TƏBİB yanğın zamanı ümumilikdə 12 nəfərin tüstüdən zəhərləndiyini açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top