
ABŞ prezidentinin Ukrayna məsələləri üzrə xüsusi nümayəndəsi Kit Kelloq bu ölkənin Müstəqillik Günündə Kiyevə gedib.
Yeniavaz.com RBK Ukraynaya istinadla xəbər verir ki, Kelloq Kiyevin mərkəzində – Sofiya meydanında Müstəqillik Günü münasibətilə təşkil olunmuş bayram tədbirlərində iştirak edib.
Ukrayna Prezidenti Volodimir Zelenski sözügedən tədbirdə çıxış edib.
Bundan əlavə, Kelloqla birlikdə tədbirdə digər ölkələrin nümayəndələri və rəsmiləri, o cümlədən Kanadanın Baş naziri Mark Karni iştirak edib.
Xarici qonaqlar arasında İsveç, Danimarka, Rumıniya, Litva, Latviya və Kanadanın müdafiə nazirləri, həmçinin Böyük Britaniyanın veteranlar üzrə naziri olub.
Tətbiqimizi yükləyə bilərsiniz