Yol polisindən “Sədərək”dəki yanğınla bağlı müraciət


“Sədərək” ticarət mərkəzində baş verən yanğınla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yollarda təhlükəsizlik tədbirləri görülür.
Yeniavaz.com
İdarənin yaydığı məlumata istinadla xəbər verir ki, “Sədərək”də baş vermiş yanğın səbəbindən əraziyə yaxın yollarda hərəkətin intensivliyi artıb.
“BDYPİ əməkdaşları hadisə yerinə cəlb olunaraq nəqliyyatın hərəkətinin təhlükəsizliyini təmin edir, yaranmış sıxlığın qarşısını almaq üçün zəruri tədbirlər görürlər.
Vətəndaşlardan xahiş olunur ki, hərəkətdə olarkən yol polisi əməkdaşlarının tələblərinə riayət etsinlər”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top