
Almaniya Rusiya və Belarus vətəndaşlarına humanitar vizaların verilməsini bərpa edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyindən “Deutsche Welle”yə bildirilib.
“Söz azadlığı, demokratiya və insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyətlərinə görə xüsusi risk altında olan və ya başqa səbəblərə görə qəbulu siyasi maraq doğuran şəxslərin qəbulu prosedurları yenilənəcək”, - nazirlik bildirib.
Bəyanatda ruslar və belaruslardan sənədlərin qəbulunun nə vaxt bərpa olunacağı göstərilmir.
Almaniya daha əvvəl müharibəyə qarşı göstərdiyi səylərə, demokratiya və insan haqlarını müdafiə etdiyinə və Rusiya, İran və Belarusdakı rejimləri tənqid etdiyinə görə xüsusilə risk altında olan şəxslərə humanitar viza verib. 2022-ci ilin may ayından bu cür viza təxminən 2500 Rusiya vətəndaşına, 2021-ci ilin martından isə 400-dən çox Belarus vətəndaşına verilib.
Yeni hakim koalisiya əcnəbilərin qəbulu proqramlarını məhdudlaşdırmaq niyyətini elan etdikdən sonra vizaların verilməsi prosesi 2025-ci ilin iyulunda dayandırılıb.
Tətbiqimizi yükləyə bilərsiniz