
Bu ilin ilk 7 ayı ərzində Azərbaycan 2 milyard 87,9 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, qeyri-neft məhsullarının əsas alıcı ölkələri sırasında Rusiya ilk yerdədir. Bu ölkəyə 716,6 milyon dollar dəyərində məhsul ixrac olunub ki, bu da ümumi ixracın 34,3 faizinə bərabər olub.
İkinci yerdə Türkiyə gəlir – 339,7 milyon dollar (ümumi ixracın 16,3%-i). Ardınca İsveçrə (186,6 milyon dollar, 8,9%), Gürcüstan (183,4 milyon dollar, 8,8%), Ukrayna (109,9 milyon dollar, 5,3%) və Birləşmiş Ərəb Əmirlikləri (62,7 milyon dollar, 3%) qərarlaşıb.
Digər mühüm ixrac istiqamətləri isə Qazaxıstan (59,8 milyon dollar), Belarus (45 milyon dollar), ABŞ (41,5 milyon dollar) və Türkmənistan (36,3 milyon dollar) olub.
Yeddi ay ərzində 306,2 milyon dollarlıq (14,7%) qeyri-neft məhsulları ixracı isə digər ölkələrin payına düşüb.
Elnur Əli