
Ermənistanın “Respublika uğrunda” partiyası və tərəfdarları Rusiyanın Gümrü şəhərindəki 102-ci hərbi bazasının qarşısında etiraz aksiyası keçirilir.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, onlar Ermənistan hökumətindən Rusiya hərbi bazasının Gümrüdən çıxarılmasını tələb edirlər.
Qeyd edilir ki, səhər saatlarından hərbi bazada erməni vətənpərvərlik mahnıları səslənir.
Nümayişçilər vaxtaşırı rus əsgərlərinə qarşı təhqiredici işarələr göstərirlər.