Həkim qaraciyəri məhv edən məhsulları açıqladı


Bəzi məhsullar alkoqolun təsiri ilə müqayisə oluna bilən qədər qaraciyərə zərər verir.
Yeniavaz.com xəbər verir ki, bunu ufatime.ru-ya müsahibəsində həkim Aygül Arslanova deyib. 
Arslanova bildirib ki, qaraciyərin sağlamlığı üçün əsas təhlükə şirin qazlı içkilərin, qablaşdırılmış şirələrin, şirniyyatların, tortların tərkibində olan şəkərin normadan artıq olmasıdır:
“Onlar bu orqanı qlükozanı yağa çevirməyə məcbur edirlər ki, bu da alkoqolsuz yağlı qaraciyər xəstəliyinə, iltihaba və hətta sirroza səbəb ola bilər.
Bundan əlavə, yağlı və qızardılmış qidalar (“fast food”, kartof qızartması, yağlı ət), yüksək duzlu qidalar (yarımfabrikatlar, konservlər), emal edilmiş ətlər (kolbasa, sosis, bekon), ağ çörək və rəfinə edilmiş undan hazırlanan bişmiş məmulatlar, yüksək civə tərkibli balıqlar (köpək balığı, qılınc balığı) qaraciyəri məhv edir”.
 

DİGƏR XƏBƏRLƏR

Top