
ABŞ Prezidenti Donald Tramp etiraf edib ki, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında mümkün görüş nəticə verməyə bilər.
Yeniavaz.com xəbər verir ki, Tramp bunu Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
“Qulaq asın, tanqo üçün iki nəfər lazımdır. Bilirsiniz ki, hər ikisi ilə görüşmək istəyirdim. Mən orda ola bilərdim, amma çox adam düşünür ki, o görüşdən heç nə çıxmayacaq. Deyirlər, sən orda olmalısan. Bəlkə də bu doğrudur, bəlkə də doğru deyil”, - Tramp deyib.
Tətbiqimizi yükləyə bilərsiniz